15 aprel 2024 at 23:58
Jurnalist kodu: 5561
Xəbər kodu: 85445911
T T
0 Persons
Əmir Abdullahian və İslam Əməkdaşlıq Təşkilatının baş katibi regionda baş verən hadisələri nəzərdən keçiriblər

Tehran - İRNA - İran İslam Respublikasının xarici işlər naziri və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha bazar ertəsi, aprelin 15-də telefon danışığında regionda baş verən son hadisələri müzakirə ediblər.

Xarici işlər naziri Hüseyn Əmir Abdullahian sionist rejimin məzlum Fələstin xalqına qarşı davam edən cinayətləri və təcavüzü nəticəsində işğal olunmuş Fələstin və Qəzza zolağında mövcud ağır vəziyyətə toxunaraq, beynəlxalq ictimaiyyəti, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan ölkələri bu rejimə qarşı durmaq və onun cinayətlərinə son qoymaq üçün qətiyyətli addım atmağa çağırıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha da danışıq zamanı sionist rejimin Dəməşqdəki İran səfirliyinə qarşı hərəkətini pisləyib və ümidvar olduğunu bildirib ki, sionist rejimin təcavüzünü dayandırmaqla regionda sabitlik və sülh təmin olunacaq.

O, həmçinin, mövcud vəziyyətdə davamlı atəşkəsin yaradılmasına kömək etməyi və Fələstin və Qəzza xalqına humanitar yardımın çatdırılmasını asanlaşdırmağı həyati vacib hesab edib və bununla bağlı səylərin və fikir mübadiləsinin davam etdirilməsini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .